Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubalı alpinist Prezident İlham Əliyevin rəsmini Babadağ zivəsində qaya üzərinə çəkib

15 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba rayon sakini Elnur Zeynalov ölkə başçısına olan sevgi və hörmətini özünəməxsus şəkildə nümayiş etdirib.

O, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Böyük Qafqaz dağlarının Babadağ zivəsində Prezident İlham Əliyevin rəsmini qaya üzərinə çəkib.

10 ildir alpinizmlə məşğul olan Elnurun sözlərinə görə, bu, onun çoxdankı arzusu olub. Bundan əvvəl isə o, ümummili lider Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərini zirvəyə qeyd etmişdi.

Həvəskar dağ rəssamı gələcək fəaliyyətini ölkə xaricində yerləşən zirvələrdən birində davam etdirməyi hədəfləyir. Lakin növbəti dəfə çəkəcəyi rəsmi hələ ki sirr olaraq saxlayır.

Report

Oxşar xəbərlər
OTACI