Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sığınacağın rəhbəri M. Zeynalova intihar haqqında düşünüb - Hər kəsdən halallıq alıb

15 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zərifə Əliyeva adına göz xəstəxanasının sol tərəfində yerləşən Aptekdən, "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin rəhbəri Mehriban Zeynalova üçün verilən əvəzedici "Lumont" adlı dərman, Mühriban xanıma əks təsir göstərib.

Belə ki, Sığınacaqdan Press.az-a verilən məlumata görə bir müddət müalicə üçün sığınacaqdan ayrılan Mehriban Zeynalova artıq sığınacağa geri dönüb:

"Onu üzən xəstəlikdən çox ona verilən "Lumont" adlı dərman az qala intiharına səbəb olacaqdı. Xəstəxanadan çıxdıqdan sonra həkimin yazdığı dərmanları yox, əvəzedicisini verən aptek işçisi bu dərmanın təsirindən heç danışmayıb.

Mehriban xanım 4 gündür intihar haqqında düşünüb hər kəsdən halallıq alırmış. Sonda oğlu xarici saytların birindən dərman haqqında məlumat almağa çalışır və bu dərmanın insanı intihara eləcə də digər ciddi ölümcül vəziyyətə çıxarmasını öyrənir və vaxtında müdaxilə edir. Mehriban xanım sığınacağa ötən gün geri qayıdıb," - deyə qeyd edilib.

Bildirilib ki, hazırda Mehriban xanımın vəziyyəti normaldır.

Səhiyyə Nazirliyindən xahiş edirik "Lumont" adlı dərman haqqında məsələ ciddi araşdırılsın və Mehriban xanımın başına gələn hadisə başqa insanlarında narahatlığına səbəb olmasın.

Oxşar xəbərlər
OTACI