Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

15 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammiti çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov və Tacikistan prezidenti Emoməli Rəhmon arasında görüş olub.

E.Rəhmon Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əsasda hökumətlərarası əməkdaşlığın səviyyəsindən və keyfiyyətindən məmnun olduğunu bildirib.

Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat və nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, əlaqə, elm, təhsil, mədəniyyət və turizm sahələrində Tacikistan və Azərbaycan arasında hökümətlərarası əməkdaşlığa dair vacib məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Trend

Oxşar xəbərlər
OTACI