Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il taxıl biçini zamanı kombayn problemi olmayacaq - Nazir - VİDEO

14 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il taxıl biçinində kombaynla bağlı heç bir problem yaşanmayacaq. Həm arpa, həm də buğda piçinini növbəli şəkildə vaxtında yekunlaşdırmaq üçün yetərli sayda kombayn var. Bütün sahələr növbəli şəkildə vaxtında biçiləcək.

Bu barədə Kənd Təssərrüfatı naziri İnam Kərimov açıqlama verib.

Nazir deyib ki, bu il ötən illərlə müqayisədə daha yüksək məhsuldarlıq gözlənilir.

Qeyd edək ki, Aran zonasında arpa biçini yekunlaşmaq üzrədir, buğda biçininə isə artıq başlanılıb. Bərdənin Qaradəmirçi kəndində fermerlərlə görüşən Kənd Təssərrüfatı naziri İnam Kərimov biçin prosesi ilə maraqlanıb, fermelərlə söhbətləşib.

Fermerlərin müraciətləri əsasən nisbətən kiçik və pərakəndə sahələrdə biçinin aparılması üçün texnikanın cəlb edilməsi, subsidiyaların verilməsində digər mülkiyyət formasında olan sahələrdə aparılan əkin sahələrinin nəzərə alınması ilə bağlı olub.

Nazir bildirib ki, gələcəkdə daha keyfiyyətli məhsulun əldə edilməsinə diqqət artırılacaq. Bunun üçün elmi yanaşma olacaq və hər bir fermerin ərazisindən nümunlər götürülərək laborator analiz aparılacaq. Aparılacaq təhlilin nəticəsinə uyğun olaraq gübrə və dərman təyinatları olacaq. Digər tərəfdən, növbəti illərdən lisenziyalı toxumların səpilməsi diqqət mərkəzində olcaq ki, bu da məhsuldarlığın artması ilə yanaşı, daha keyfiyyətli məhsulun əldə edilməsinə şərait yaradacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xezerxeber.az 

Oxşar xəbərlər
OTACI