Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maradona istefa verdi

14 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu Meksikanın "Dorados" klubundan ayrılıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Matias Morla şəxsi "Twitter" hesabında məlumat verib. 58 yaşlı mütəxəssisin səhhətindəki problemlərə görə istefa verdiyi qeyd olunub. O, Maradonanın qarşıdakı günlərdə əməliyyat olunacağını bildirib.

Artıq "Dorados" klubu da baş məşqçinin istefa verdiyini təsdiqləyib. Klub rəhbərliyi xidmətlərinə görə argentinalı çalışdırıcıya təşəkkür edib.

Qeyd edək ki, Maradona 2018-ci ilin yayından "Dorados"u çalışdırırdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI