Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat Sona Əliyeva: "Bu hadisəni savadsızlıq, cahillik kimi qəbul edirəm" - ÖZƏL

12 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. Sonradan deyilənlərə görə bu qaloş deyil,  burada yaşayan Seyid Miribiş ağaya məxsus papaq imiş.

Bununla bağlı Press.az-a açıqlama verən deputat Sona Əliyeva bildirib ki, bu hadisəni savadsızlıq, cahillik kimi qəbul edirəm:

"Mən belə bir halları qəbul etmirəm. Düzdü bu gün dünyada məşhur olan və hamımızın inanıb ziyarət etdiyi ziyarətgahlar var. Amma mən bu cür biabırçı görüntüləri izləyəndə dəhşətə gəlirəm. İnsanlarımız bu cür şeylərə necə inana bilər? Hamımız müsəlmanıq, Allaha inanırıq. Bu artıq din deyil. Büdpərəstlikdir.

Bunun nə dinə, nə elmə, insanların dünyagörüşünə aidiyyəti yoxdur. Çox təəssüf hissi ilə bu görüntüləri izləyirik. 21-ci əsirdə Dünya ölkələri Marsa insan göndərib, kaloniya salmağa çalışır. Texnologiyanın bu dərəcədə inkişaf ertdiyi bir zamanda belə cahilliyi və görüntüləri Azərbaycan cəmiyyətinə yaraşdırmıram. Düşünürəm ki, aidiyyəti qurumlar bununla bağlı lazım olan addımları atmalıdır.

Bu cür halların qarşısını almaq üçün maarifləndirmələr aparılmalıdır. İnsanlara izah etmək lazımdır ki, bu cür yollarla nəyisə dəyişmək mümkün deyil. İnsanı Allah yaradıb. İnsanda digər canlılardan fərqli olaraq şüur və beyin mövcuddur. Allah şüuru insana ona görə verib ki, ağılla hərəkət etsin. İnsanın həyatda atdığı addımlar beyninin məhsuludur. Mən ona görə də belə bir halları qəbul etmirəm. Təəssüf ki, biz belə görüntüləri izləmək məcburiyyətində qalırıq. İnanıram ki, aiddiyyəti qurumlar bununla bağlı müvafiq addımlarını atacaq". - deyə deputat Sona Əliyeva bildirib.

Oxşar xəbərlər
OTACI