Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 19 dəfə pozub

26 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Oxşar xəbərlər
OTACI