Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yataqxanalarda baş verən yanğınlarla bağlı yaradılmış komissiya çoxlu sayda yoxlamalar aparır" - Əli Əhmədov

25 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır".

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: "Bildiyimiz kimi, bir neçə dəfə xoşagəlməz hadisələr baş verib. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda yanğın olub və bizim keçirdiyimiz baxışlar nəticəsində qənaət ondan ibarətdir ki, onlar hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var. İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

Report

Oxşar xəbərlər
OTACI