Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tereza Mey istefa verdi

24 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib. 

Press.az “Röyters”ə istinadən xəbər verir ki, o, bu gün Mühafizəkarlar Partiyası ilə siyasi məsləhətləşmələrdən sonra iyunun 7-də rəsmən vəzifəsindən gedəcəyini açıqlayıb. Bu qərara səbəb “Brexit”lə (İngiltərənin Avropa birliyindən çıxmasını nəzərdə tutan saziş) bağlı əldə edilməmiş nəticə olub.

Tereza Mey ABŞ prezidenti Donal Trampın iyunun 3-nə planlaşdırılmış səfərindən sonra baş nazir və Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən gedəcək.

Meyin gedişindən sonra siyasətçilər yeni lider seçəcəklər. Bu posta ən layiqli namizəd kimi XİN rəhbəri Boris Conson göstərilir.

Oxşar xəbərlər
OTACI