Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir: "Sabirin Şamaxıda yerləşən ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir"

24 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir".

Bunu Mədəniyyət naziri Əbülfəs QarayevŞamaxıda vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib: "Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Report

Oxşar xəbərlər
OTACI