Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zakir Həsənova cəbhədə atəş açmaq istəyiblər? - RƏSMİ MÜNASİBƏT

23 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə verdiyi açıqlamasında guya Azərbaycan Müdafiə naziri Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib.

Azərbaycan Müdafiə Nazirliyindən bildirib ki, A.Qriqoryanın sərsəm fikirləri gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir. 

“Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır”, - məlumatda bildirilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI