Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib - ƏLAVƏ OLUNUB

23 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.

İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

T.Kərimli “Report”a açıqlamasında deyib ki, Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunda infrastruktur yaradılacaq: “Hazırda qoruğun inzibati binasının yaradılması üçün danışıqlar aparılır. Çünki işçilərin daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidə yolların təmir-bərpası həyata keçirilməlidir. Mağaralarda konservasiya (mühafizənin təşkili) işlərinin həyata keçirilməsi zəruridir. Bütün bunların hamısının həyata keçirilməsi gündəlikdə duran məsələlərdəndir. Biz qoruğa bu məsələlərin reallaşdırılması məqsədi ilə baxış keçirmişik”.

Report

Oxşar xəbərlər
OTACI