Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin UNESKO üzrə Komisiyasının sədri ermənilərin "Sarı gəlin"lə bağlı iddialarına münasibət bildirib

21 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ermənilərin Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq".

Bunu açıqlamasında Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.

Onun sözlərinə görə, əsrlərdən bəri türk xalqlarının ortaq dili, mədəniyyəti olub: "Bunların sırasında "Dədə Qorqud", "Koroğlu", "Qaracaoğlan" dastanlarını, muğamları, şərqiləri, türküləri qeyd etmək olar. Əgər ermənilər də "Sarı gəlin"i oxumaq istəyirlərsə, heç bir problem yoxdur. Lakin nəyinsə özünün olduğunu iddia etmək üçün onun mənşəyini bilmək lazımdır. "Sarı gəlin" Azərbaycanın musiqisidir, sözləri türkcədir, yəni bizim hekayəmizdir, bizim şeirimizdir". 

Report

Oxşar xəbərlər
OTACI