Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il muzey və teatrlar yayın ortalarına kimi işləyəcək - Turistlərə görə

20 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mədəniyyət müəssisələri mayın 29-da Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar paytaxtımıza gələcək bütün turistləri qarşılamağa hazırdır.

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib.

“Bu gün səhər keçirilən iclasda tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortalarınadək fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”, - deyə Ə.Qarayev əlavə edib.

Oxu.az

Oxşar xəbərlər
OTACI