Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda tanışını "qadınla cinsi əlaqədə" olmaq üstündə oldürən şəxs 17 il cəza alıb- FOTO

15 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Azad Dandışın CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.Az
xəbər verir ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən Valeriy İsakovun (1984-cü il təv.) baş və burun nahiyəsində xəsarətləri olan meyitinin eyni adlı qəsəbədəki evində tapılması barədə Sabunçu RPİ 12-ci polis şöbəsinə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu RPİ 12-ci polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

Dindirilərkən saxlanılan şəxs bildirib ki, İsakovun başına dəfələrlə küt alətlə zərbələr vurub. 

İstintaq zamanı məlum olub ki, onlar heç yerdə işləməyib, mütəmmadi spirt qəbul ediblər, səfil həyat keçiriblər. Hadisədən əvvəl adətləri üzrə ucuz araq alaraq içmək qərarına gəliblər. Bu dəfə onlara tanış qadın da qoşulub. Sərxoş olandan sonra tanışlar həmin qadınla birinci kimin intim 
əlaqədə olacağı üstündə mübahisə ediblər. Söz mübahisəsi davaya çevrilib və nəticədə qətl baş verib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Oxşar xəbərlər
OTACI