Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ şirkətləri Bakıdakı kənd təsərrüfatı sərgisində iştirak edir - FOTO

15 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

9 ABŞ şirkəti 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" sərgisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ səfirliyinin birgə sponsorluq etdiyi pavilyonda öz məhsul və xidmətlərini təqdim edir.

Səfirlikdən verilən məlumata görə, Brandt, Soil Biotics, Trece, Grow More, DTN, Nelson & Pade, Inc., Valent BioSciences, Harvest Right, LLC və WCC International şirkətləri ziyanvericilərə nəzarət və monitorinq məhsulları, gübrə, torpaq əlavələri, havaya nəzarət qurğuları, balıqçılıq və akvaponik avadanlıq və materiallar, qurutma avadanlıqları, habelə idxal-ixrac xidmətlərini təklif edirlər.

"Caspian Agro" sərgisindəki ABŞ pavilyonu ABŞ və yerli kənd təsərrüfatı şirkətləri arasında yeni biznes əlaqələrin təşviqinə dair ABŞ hökumətinin digər səylərinin davamıdır. Belə ki, bu səylər sırasına aprel ayında Çikaqoda keçirilmiş ilk ABŞ-Azərbaycan kənd təsərrüfatı forumu, Azərbaycan fermerləri və kənd təsərrüfatı biznesləri üçün ABŞ-a bir neçə tanışlıq səfərləri, Azərbaycan hökumət nümayəndələri üçün səfərlər, habelə yerli sahibkarlar üçün kənd təsərrüfatı təlimləri daxildir. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna dəstək ola biləcək faydalı texnologiyanı və avadanlığı təmin edə bilər.

USAID və ABŞ səfirliyi 20 ilə yaxındır ki, Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlıq edərək hökumətin və vətəndaşların bu sektoru iqtisadiyyatın çiçəklənən və sabitləşdirici qüvvəsinə çevirmək səylərinə dəstək göstəriblər. Son beş ildə USAID ilə çalışan yerli kənd təsərrüfatı biznesləri 60 milyon ABŞ dolları həcmində ixracatlarını artırmış, habelə Avropa və Körfəz ölkələrində yüksək ödənişli bazarlara çıxmışlar. ABŞ və Azərbaycan biznesləri arasında əlaqələri təşviq etmək, daha çox ABŞ investisiyalarını cəlb etmək, və iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycan sahibkarlarının innovasiyalarını cəlb etmək məqsədilə USAID həm kənd təsərrüfatında, həm də digər sektorlarda hökumət və özəl sektorla tərəfdaşlığını genişləndirir.

Trend

Oxşar xəbərlər
OTACI