Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Avroviziya-2019” mahnı müsabiqəsi başladı - VİDEO

14 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrailin paytaxtı Tel-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayıb.

Press.Az xəbər verir ki, bu gecə yarışmanın  birinci yarımfinalında 17 ölkə təmsilçisi biri-birindən fərqli, gözoxşayan şouları ilə çıxış edəcək.

17 ölkəyə Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Mariono daxildir.

Müsabiqənin açılışını ötən il qalib olan Netta Barzilai edib.

Hazırda Avroviziya İTV-də birbaşa olaraq canlı yayımlanır.

Qeyd edək ki, “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub. 

Oxşar xəbərlər
OTACI