Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Toppuş bacı” şayiələrə son qoydu

11 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.

Press.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb.

Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:

“Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyər çəkir. O, səhhətindəki problemləri aradan qaldırmaq üçün tez-tez müayinə olunur. 

Oxşar xəbərlər
OTACI