Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağ qazisi 28 ildir vaqonda yaşayır - VİDEO

23 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rafael İsmayılov Qarabağ qazisidir. 

O, altı  nəfərlik ailəsi ilə birgə düz 28 ildir Pirşağı qəsəbəsində vaqonda yaşayır.

Rafael İsmayılov deyir ki, kömək üçün dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, heç bir yardım göstərilməyib. 

Müsahibimiz bildirir ki, bu komaya bənzər yerdə şəraitsizlikdən çox əziyyət çəkirlər. Tez-tez işıqlar və su kəsilir, çətin vəziyyətə düşürlər.

Hazırda Rafael İsmayılovun tək istəyi övladları və nəvələri ilə birlikdə rahat yaşaya biləcəyi evdir. 

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda Qarabağ qazisinin və ailəsinin şəraitinin yaxşılaşdırılması üçün addım atacaq.  

Oxu.az

Oxşar xəbərlər
OTACI