Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda oğurluq edən 7 nəfər saxlanılıb

23 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda oğurluq edən 7 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da rayon ərazisindəki evdən 3350 manat pul və qızıl üzük oğurlayan Balakən rayon sakini A.Əliyev saxlanılıb.

Bundan başqa, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 2-də və aprelin 20-də Lökbatan qəsəbəsindəki ticarət mərkəzindən 2 televizor oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev saxlanılıb.


Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 16-da Bakı şəhər sakini R.Xəlilova məxsus mobil telefonu oğurlayan Kürdəmir rayon sakini L.Səfərov saxlanılıb.

Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 20-də “Peugeot” markalı avtomobildən maqnitofon oğurlayan Füzuli rayon sakini İ.Həsənov saxlanılıb.

Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 18-də Bakıxanov qəsəbəsindəki evdən 130 manat pul və 2 ədəd samovar oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 12-də Bakı şəhər sakininin 290 manat pulunu oğurlayan Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılıb.

Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Həsənovun velosipedini oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılıb. Araşdırma zamanı, onun rayon ərazisində iki avtomobildən 
akkumulyator və yan güzgüləri oğurlayan müəyyən edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Oxşar xəbərlər
OTACI