Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Spartak" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü

22 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın "Spartak" komandası əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevin ödədiyi cəriməni xeyriyyə fonduna köçürüb.

Press.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri Sergey Alekseyev məlumat verib.

O bildirib ki, bu fonddan olan uşaqlar Premyer Liqanın 24-cü turunda Moskvada "Spartak" - "Yenisey" matçında oyunçularla birlikdə meydana çıxıblar.

Qeyd edək ki, "Spartak" - "Yenisey" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev 83-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.

23 yaşlı yarımmüdafiəçi aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI