Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

19 səhmdar cəmiyyəti özəlləşdirilir - VAXT (FOTO)

22 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərraclarından biri mayın 21-də keçiriləcək.

Komitədən verilən məlumata görə, budəfəki hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb. Səhm paketləri ümumi səhmlərin 30-45%-ni təşkil edir. Səhmdar cəmiyyətləri paytaxt, Sumqayıt, Salyan, Bərdə kimi şəhər və rayonlarda yerləşir. Bu dövlət əmlaklarının fəaliyyət istiqamətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Belə ki, səhmdar cəmiyyətlərindən 8-i inşaat sektoru, 6-sı aqrar sektor, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.

Şəki rayonu, Cumakənd kəndindəki “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin torpaq sahəsi 200 min kv.m-dən çoxdur. Hərraca çıxarılan bu dövlət əmlakı tikinti quraşdırma, tikinti təmir və bərpa işləri üzrə fəaliyyət göstərir. Səhmdar cəmiyyətinin ərazisinə idarə, istehsalat, ferma binaları, sement anbarı, dülgər sexi və digər tikililər aiddir. Qeyd edək ki, “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin özəlləşdirməyə çıxarılan səhm zərfinin nominal dəyəri 31 min 878 manatdır.

Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarından biri də Sumqayıt şəhəri, Sülh küçəsindəki “Azərmetalinvest” səhmdar cəmiyyətidir. Layihə - istehsalat və tikinti-quraşdırma sahəsində fəaliyyət göstərən müəssisənin torpaq sahəsi 92 min 414 kv.m-dir. Müəssisənin ərazisində inzibati-təsərrüfat və mexaniki təmir sexi, yeməkxana, sement anbarı, inzibati məişət binası və digər tikililər var. Adıçəkilən səhmdar cəmiyyətinin hərraca çıxarılan səhm sərfinin nominal dəyəri 58 min 673 manatdır.

Avtomobil sahibi olmaq istəyən şəxslər hərraca çıxarılan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Buraxılış illəri 2004-2011 olan nəqliyyat vasitələri "Nissan", "Kia" və "QAZ" markalarına aiddir. Onların ilkin hərrac qiyməti 3-8 min manatdır.

Trend

Oxşar xəbərlər
OTACI