Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin Sürixdəki Baş Konsulluğuna hücum olub

22 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naməlum şəxslər Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum ediblər.

Press.az “Haber7”yə istinadən xəbər verir ki, bunu Baş konsul Asiye Nurcan İpekçi bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər Baş Konsulluğun binasına “Molotov kokteyli” atıblar.

Baş konsul bildirib ki, polis hücumla əlaqədar 3 gənci saxlayıb: “İndiyədək həmin adamlar haqqında məlumat verilməyib. Qarşıdan gələn günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük”.

Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Məlumata görə, son 2,5 ildə Türkiyənin Sürixdəki Baş Konsulluğunun binası 6 dəfə hücum olub. 

Oxşar xəbərlər
OTACI