Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi üçün 351 mln. manatlıq ilk tranşı ayırıb

22 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib. 

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

M.Piriyev ilk tranş üzrə məbləği də açıqlayıb: "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. Tranşın məbləği 350,8 milyon manatdır".

Report

Oxşar xəbərlər
OTACI