Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib

15 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllim Leyla Ucal Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

Məlumata görə, məsələ ilə bağlı Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb, araşdırmalara başlanılıb: "Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".

Report

Oxşar xəbərlər
OTACI