Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı Metropolitenin ilk qadın maşinisti - " İşə başlayanda məni çəkən ilk olmagim oldu"

13 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb. 

Press.az olaraq ilk xanım maşinist Günay Həbibli ilə müsahibəni sizlərə təqdim edirik.

Necə oldu bu sahəyə gəldiniz?

 - 2016-cı ildən "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışmışam.  Həmin vaxt ərzində metro.gov.az saytında elanla tanış oldum.Elanda həmçinin qadın sözü diqqətimi cəlb etdi və cv verdim ancaq işdən çıxmaq şərti qeyd olumuşdu. Çünki rejim iş şəraiti üzrə təmin olunub. İlk dövrlərdən bir çox psixoloji testlərdən fərdi müsahibələrdən keçmişəm. Müsbət rəy aldıqdan sonra nəzəri praktiki dərslər başladı.

Nə vaxtdan işə başlamısız?

 - Aprel ayının 1-dən qanuni olaraq işə başlamışam.

 Bir xanımı maşinist olmağa cəlb edən nədir? istəyiniz hardan yarandı?

 - Uşaqlıqdan yarandı desəm yalan olar. Metropolitendə işləyərkən mənə aydın oldu bu sahə elə bir sahədi ki, öz biliyimlə yüksələ bilərəm. Öz biliyinə güvənən hər bir kəs bu sahədə istədiyi vəzifəyə yüksələ bilər. Bu sahədə işləyərkən ilk məni çəkən maşinistlərin ağır rejimdə işləməsinə baxmayaraq simalarındakı gülüş olması oldu. İşə başlayada daha çox isə məni çəkən ilk olmagim oldu

Namizad qadın ilk siz idiz?

 - Xeyr. Musahibə zamanı 10-a yaxın xanım var idi. Sonuncu mərhələdə 3 xanım namizəd qalmışdı.Sonda imtahanda 3 xanım namizəd arasıdan mən seçildim.

İşiniz çətin gəlmir sizə?

 - Əgər işini sevrisənsə heç bir iş çətin deyil.

Uğurlar

 

Oxşar xəbərlər
OTACI