Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim olunub

11 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeninin təqdim olunması mərasimi keçirilib.

Dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.

Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm. Bu günə qədər, yəni son üç gündə 6 ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim üçün ən yüksək mükafat Azərbaycan dövlətinin verdiyi ordendir".

Ə.Qarayev qeyd edib ki, Ç.Abdullayev müxtəlif sahələrdə iz qoymuş şəxsiyyətdir: "İdmandan tutmuş mədəniyyətə qədər müxtəlif sahələrdə həyata keçirilən böyük layihələrdə onun adı çəkilir. Çingiz Abdullayev ölkəmizdə gedən proseslərə daim öz mövqeyini bildirən insanlardandır. Baxmayaraq ki, geniş ictimai vəzifələri mövcuddur o, xırda məsələlərə də biganə qalmır. Bu da insanı real olaraq cəmiyyətin üzvü olmağa layiq edir. O, eyni zamanda Azərbaycanın güclü təbliğatşısına çevrilib. Dünyanın çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin azı 1-2 kitabı var. Bu mükafata görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istərdim. Bir ədibin belə dəyərləndirilməsi, Azərbaycan ədəbiyyatına verilən dəyərdir".

Xatırladaq ki, Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.

Report

Oxşar xəbərlər
OTACI