Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xınalıq yolunda qar uçqunu baş verib - VİDEO

20 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba-Xınalıq yolunda günorta saatlarında qar uçqunu baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Quba-Xınalıq yolunun 33 km-də qar uçqunu qeydə alınıb:

“Hadisə nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə agentliyin texnikaları cəlb edilir. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır”.

Anar Nəcəfli qeyd edib ki, hər il bu cür hadisələr qeydə alınır:

“Çətin relyefə malik ərazidir. Sürücülərə həmin istiqamətə hərəkət etmək tövsiyə edilmir. Çünki əraziyə qar yağmağa davam edir. Müəyyən problem yarada bilər”.

Oxu.az

Oxşar xəbərlər
OTACI