Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qonşuların davası qanla bitdi - VİDEO

20 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gecə paytaxtın Sabunçu rayonu, Xurşudbanu Natəvan küçəsi 35-də yaşayan qonşular arasında yaranan mübahisə qanla bitib. 

1969-cu il təvəllüdlü Məmmədov Hafis Kərim oğlu qonşusu ilə avtomobil park etmək üstündə mübahisə yaşayıb.

Razılığa gəlməyən tərəflər arasında sözlər tükənib, əvəzində yumruqlar, küt alət işə düşüb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs, qonşusu H. Məmmədovun baş nahiyəsinə “lapatka”yla zərbələr endirib. Nəticədə, H. Məmmədov xəstəxanaya yerləşdirilib.  

O, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. H. Məmmədova kəllə-beyin travması, başın əzilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, döyülən Məmmədov Hafis təqaüddə olan polisdir. 

Faktla bağlı araşdırma aparılır.

Oxu.az

Oxşar xəbərlər
OTACI