Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana 110 kq narkotik keçirmək istədilər

19 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kq 400 qram natkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İrandan Azərbaycan  ərazisindən tranzit keçməklə İsveçə “yeyinti malları” adı altında yük daşıyan İİR vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi “VOLVO” markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və “Belıy” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsveçə aparılmasını nəzərə alsaq, 110 kq 400 qram heroinin Avropanın "qara bazar"ında dəyəri, təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxşar xəbərlər
OTACI