Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

19 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan əhalisinin və xarici turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması üçün 24 bankın 152 filial və şöbəsi bayram günlərindən gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Belə ki, 5 bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakıda yerləşən 8 bankın 13 filial və şöbəsi isə 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyətdə olacaq. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Telefon: (012) 493-50-58 (daxili:357), (070) 908-62-21

E-poçt: [email protected]

Report

Oxşar xəbərlər
OTACI