Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir: OPEK+ ölkələri hasilatın azaldılması sazişini 100 faiz icra edəcək

18 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Neft hasilatının azaldılması barədə OPEK+ sazişinin icrası yaxın aylarda 100 faizə çata bilər.

Bunu Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində jurnalistlərə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail əl-Mazrui deyib.

Nazir bildirib ki, tərəflər fevral ayında öz öhdəliklərini yerinə yetirib:

“Bizim məqsədimiz öhdəlikləri yaxın aylarda 100 faiz yerinə yetirməkdir”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Trend

Oxşar xəbərlər
OTACI