Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

18 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Novruz Bayramı günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu Press.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:

“Əlavə texniki vasitələr dedikdə əsasən əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.

Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib.

Oxşar xəbərlər
OTACI