Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təqaüdçülərə “əyyaş” deyən azərbaycanlı deputat - İstefa verdi

14 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Volqoqrad vilayət Dumasının azərbaycanlı millət vəkili Həsən Nəbiyev mandatından imtina edib. 

Bu barədə Volqoqrad əyalət dumasının mətbuat xidməti məlumat yayıb. Deputat səlahiyyətlərinə təcili son verilməsi üçün ərizə ilə müraciət edib. 

O, eyni zamanda, hakim “Vahid Rusiya” partiyasının sıralarından xaric edilib.

Xatırladaq ki, Nəbiyev az gəlirli təqaüdçüləri təhqir etmişdi. Belə ki, millət vəkili 8 min rubl təqaüd alan insanları "müftəxor" və "əyyaş" adlandırmışdı. Deputat daha sonra bu sözlərinə görə üzr istəsə də, partiya həmkarları ona qarşı sərt mövqe nümayiş etdirmişdilər. Nəbiyevin sözləri martın 10-da volqoqradlıların etiraz aksiyasına səbəb olmuşdu. 

Qafqazinfo

Oxşar xəbərlər
OTACI