Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

VII Qlobal Bakı Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumun açılışında iştirak edir - YENİLƏNİB

14 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

Press.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

*** 09:16

Bu gün VII Bakı Qlobal Forumu başlayır.

Press.az xəbər verir ki, "Yeni Xarici Siyasət" ("A New Foreign Policy") şüarı altında keçiriləcək forum martın 16-dək davam edəcək.

Xatırladaq ki, hər il Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və elm adamları iştirak edirlər.

Oxşar xəbərlər
OTACI