Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bəhram Bağırzadə: "Zeynalabdin Tağıyevin heykəli üçün təklif etdiyim yerlərə baxış keçirilir" - VİDEO

12 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını sadəcə xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”.

Bunu açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, daha sonra Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilə Heydər Əliyev Fondunda konstruktiv görüş oldu: “Orada da öz təkliflərimi irəli sürdüm. Ölkə başçısı ilə görüşdə uşaqlıq arzumu səsləndirmişdim və həmin an emosional olaraq bir yer təklif etmişdim. Halbuki paytaxtın bir neçə yerində heykəl qoyulması mümkün idi. Mehriban xanım Əliyeva ilə görüşdə ətraflı müzakirə aparıldı. Artıq bir neçə yer təklif etmişəm və hazırda həmin yerlərə baxılır, üzərində iş gedir. Heykəltəraşlar arasında müsabiqənin elan ediləcək və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək. Əlimdə olsaydı beynəlxalq müsabiqə təşkil edərdim ki, xarici heykəltaraşlar da ölkəmizin tanıdılması istiqamətində töhfə vermiş olacaqlar”.

Report

Oxşar xəbərlər
OTACI