Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirdən təbrik: Bu gün dövlət tərəfindən qadınların müxtəlif sahələrdə rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb

07 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində belə deyilir.

Bildirilir ki, mənəvi dünyamızda qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Bu, qadınların həyatın eniş-yoxuşunda ömür-gün yoldaşına arxa-dayaq olması, ailə dəyərlərinin qorunmasında mühüm bir missiyanı ləyaqətlə yerinə yetirməsi ilə bağlıdır. Azərbaycan qadınlarının fədakarlığı, mətinliyi onların dəyərini yüksəklərə qaldırmış, müxtəlif bədii yaradıcılıq sahələrinin əsas mövzularından birinə çevirmişdir. Təsadüfi deyil ki, əsrlərdir bədii nümunələrdə qadınlarımızın gözəlliyi, etibarı, sədaqəti poetik dillə tərənnüm olunur. Şifahi xalq ədəbiyyatımızda da qadının, ananın ailədə, cəmiyyətdə yeri və rolu müxtəlif vasitələrlə ifadə edilmişdir. “Ana haqqı Tanrı haqqıdır” deyimi bəlkə də bütün bəşəriyyətdə qadına-anaya verilən ən yüksək qiymətdir.

Təbrikdə daha sonra deyilir: “Bu gün dövlət tərəfindən qadınların ölkə həyatının müxtəlif sahələrində rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Məmnunluqla qeyd edə bilərəm ki, mədəniyyət sahəsində çalışanların böyük əksəriyyəti qadınlardan ibarətdir. Onlar dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsində yaxından iştirak edirlər. Hər il neçə-neçə xanım əməkdaş fəaliyyətində qazandığı uğurlara görə nazirlik tərəfindən təltif olunur”.

Ə.Qarayev sonda bir daha mədəniyyət sahəsində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi və işlərində uğurlar arzulayıb.

Trend

Oxşar xəbərlər
OTACI