Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Balalarım bir-birinin paltarını geyirlər” - Hadi Rəcəbli

23 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mən həmişə hər yerdə uşaqların ailələrdə çox olmasının tərəfdarıyam. O zaman böyük qardaş balaca qardaşa kömək edir”.

Press.az xəbər verir ki, bu sözləri Oxu.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O, qeyd edib ki, bir vaxtlar balaca qardaş böyük qardaşın paltarını geyinirdi: “İndi ailələrdə bu söhbəti salmaq olar? Deyir, necə yəni, mənim uşağım getsin sənin uşağının paltarını geyinsin, ola bilməz və sair. Ancaq mənim balalarım, nəvələrim, bu oğlumun uşağı o biri oğlumun uşağının paltarını geyir.

O qızımın uşağının paltarını bu biri qızımın uşağı geyinir. Bizim ailədə bu məsələyə pis baxılmır. Ailələr var ki, buna pis baxırlar. Amma hamı bir-birinin əlindən tutanda, problemlər də həll olunur”.

Oxşar xəbərlər
OTACI