Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır

23 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Parlamentin yaz sessiyasında daha iki qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu haqda Milli Məclisin (MM) Mədəniyyət komitəsindən məlumat verilib.

Müzakirələrə çıxarılması gözlənilən qanun layihələri uzun illərdən bəri gündəmdə olan “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, eləcə də, üzərində yeni hazırlıqlara başlanılan “Aşıq sənəti haqqında” qanunvericilik aktlarıdır.

Bildirilib ki, öncə muğam sənəti ilə bağlı qanun layihəsinin son variantda adıçəkilən komitədə müzakirəsi və bundan sonra tövsiyə edilərək, plenar iclasa çıxarılması nəzərdə tutulur.

O da bildirilib ki, muğam sənəti ilə bağlı qanun layihəsi əslində müzakirələrə tam hazırdır.

Həmçinin, qeyd edilib ki, bu məsələnin baş tutacağı təqdirdə, aşıq sənətinin inkişafı ilə də bağlı qanun layihəsinin ən azı komitə səviyyəsində müzakirəsi gözlənilir.

Oxu.az

Oxşar xəbərlər
OTACI