Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan meşələrinin rekreasiya təzyiqi normaları müəyyənləşdirilir

23 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirməsi istiqamətində iş gedir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi çərçivəsində meşə fondunun turizm potensialından geniş yararlanması nəzərdə tutulur.

Sektor müdiri bildirib ki, meşə fondunun turizm potensialı genişdir və dağ turizminin inkişafı üçün perspektivlər var: “Turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək və bundan sonra həmin meşə ərazisinin turizm obyekti olduğu müəyyənləşəcək”.

S.Salmanov vurğulayıb ki, artıq keçən ildən bu işlərə başlanılıb və Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy, Daşkəsəndə turizm marşrutları mövcuddur: “Bu yerlərdə turizm potensialından istifadə olunur. Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək”.

Report

Oxşar xəbərlər
OTACI