Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ombudsman parlamentə hesabat verəcək

23 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti-dördüncü plenar iclasının vaxtı məlum olub.

Növbəti iclas martın 5-də keçiriləcək.

Qeyd edək ki, iclasda ilkin olaraq 30-a yaxın məsələnin müzakirəsi gözlənilir ki, onlardan da biri Ombudsmanın  növbəti illik hesabatıdır.

Hesabatla Ombudsman Elmira Süleymanova çıxış edəcək və onun çıxışı ətrafında müzakirələr başlanılacaq.

Mart ayında sonuncu iclas isə ayın 15-də keçiriləcək və  iclasda hökumətin son bir illik hesabatı dinləniləcək, ona münasibət bildiriləcək.

Oxu.az

Oxşar xəbərlər
OTACI