Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL

22 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2018-ci ilin yekunları üzrə məlumatlara əsasən, Azərbaycanda muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Bu, 2017-ci illə müqayisədə, üç faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əməkhaqqı neft sektorunda üç min manatdan yuxarı, qeyri-neft sektorunda 488 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 435,2 manat, özəl müəssisələrdə isə 690,4 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışanlarda qeydə alınıb. Bu sahədə özəl sektorda çalışanlar dörd min manatdan yuxarı maaş alıblar. Bundan sonrakı yeri peşə, elmi-texniki fəaliyyət təşkil edir və burada işləyənlərin əməkhaqqı iki min manatdan yüksəkdir. Maliyyə və sığorta fəaliyyəti üzrə çalışanlar isə 1400 manatdan yüksək maaşla üçüncüdürlər.

Ən aşağı əməkhaqları səhiyyə və sosial xidmətlər (240 manat), istirahət, əyləncə, incəsənət (295 manat), kənd təsərrüfatı (281 manat) sahələrində çalışanlarda qeydə alınıb.

Oxu.az

Oxşar xəbərlər
OTACI