Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib - FOTO

21 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Bu barədə Press.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Oxşar xəbərlər
OTACI