Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arif Babayev əməliyyat olundu

21 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub. 

Bu barədə Xəzər TV-də yayımlanan “5-də 5” proqramında məlumat verilib. 

Mövzu barədə danışan aparıcı Zaur Kamal məşhur xanəndə ilə əlaqə saxlayıb. Telefonla açıqlama verən A. Babayev ağır əməliyyat keçirdiyini, indi isə səhhətinin qaydasında olduğunu vurğulayıb. O, əməliyyat üçün İstanbuldan həkim gətirildiyini də qeyd edib. 

Bu məqamda bildirək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 

Qafqazinfo

Oxşar xəbərlər
OTACI