Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaşinqton Ermənistan XİN rəhbəri ilə görüşdən imtina etdi

21 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. 

Bununla bağlı Ermənistanın “Qraparak” nəşri Ermənistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb. 

Səfərin ləğv edilməsinə səbəb Ermənistanın Suriyaya xüsusi missiya göndərməsi olub. 

“Mənbə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibinin müavini Con Boltonla danışığı bu məsələdə son nöqtə olub. Bolton Paşinyandan missiyanın göndərilib-göndərilməməsi ilə bağlı açıqlama verməsini istəyib. O isə öz növbəsində məlumatı təsdiqləyib. Bundan sonra Yerevan tərəfindən uzun müddətdir planlaşdırılması üzərində iş gedən görüş ləğv edilib. Ermənistan tərəfinin bütün cəhdləri də nəticəsiz qalıb”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, Ermənistanın Vaşinqtondakı səfiri də bu məsələdə Yerevana yardım edə bilməyib.

Oxu.az

Oxşar xəbərlər
OTACI