Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“100 dollar təklif etdilər ki, siqaret çək”

08 Feb 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı məşhur aparıcı Hacı Nuran Hüseynov olub.

Proqramda siqaretin zərərlərindən danışan aparıcı bildirib ki, heç vaxt pis vərdişlərə meyilli olmayıb:

“8 nömrəli məktəbdə oxumuşam. Şəhər uşaqları olmuşuq. Siqaretə meyillilik var idi. 6-cı sinifdən başlayaraq sinif yoldaşlarım hamısı siqaret çəkirdi. Bu, mənim üçün dəhşətli bir şey idi. Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax. 100 dollar təklif edildi ki, 1 dəfə dadını bil. Dedim ki, heç vaxt siqaret və içkinin dadını bilməyəcəm. Xəstəlik keçirdikdən sonra həkim dedi ki, yaxşı ki, siqaretdən istifadə etməmisən. Tez sağalmağın üçün şans olacaq”.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI