Lənkəranda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən uzaqlaşıb
Lənkəranın Vilvan kəndində avtomobil piyadanı vuraraq öldürüb.
Press.az xəbər verir ki, kimliyi hələ məlum olmayan sürücü idarə etdiyi nəqliyyat vasitəsilə kənd sakini, piyada, 1967-ci il təvəllüdlü Hüseyn Yəhya oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, hadisəni törədən sürücü yaralını ərazidə köməksiz vəziyyətdə qoyaraq qəza yerindən uzaqlaşıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.