İsmayıllıda sel evlərə, turizm obyektlərinə ciddi ziyan vurub.
Press.az xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib.
Sel suları xüsusən rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatlara ciddi ziyan vurub. Sel evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.
Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyanın məbləği İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dəqiqləşdirilir.