Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi qaydaları dəyişdi

05 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev 2010-cu il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişikliklər edib.

Press.az xəbər verir ki, Prezident bununla bağlı yeni Fərman imzalayıb.

Dəyişikliyə görə, “3.2-1. tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2. 3.3-cü bəndin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilib”.

Oxşar xəbərlər
OTACI