İsmayıllı rayonunun Mican kənd sakini intihar edib.
Press.az "Report"a istinadla xəbər verir ki, Qalacıq kəndinin sakinləri bu gün saat 12:40 radələrində qəbrisitanlığın ərazisindəki yardımçı tikilidə Mican kənd sakini, 1998-ci il təvəllüdlü Rəvan Cəfərovun meyitini aşkarlayıblar. Sakinlər dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər.
R.Cəfərovun kəndirlə özünü asaraq intihar etdiyi məlum olub. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ bilinmir.
Hazırda polis və prokurorluq işçiləri hadisə yerindədir.
Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılacaq.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.